Dağıstanda məscidin imamı öldürülüb

Dağıstanda kənd məscidinin imamı İsmayıl Hacıyev öldürülüb. İTAR-TASS-ın məlumatına görə, hadisə Kumtorkalin rayonun Uçkent kəndində baş verib.
Avtomatla silahlanmış 3 nəfər naməlum şəxs onun həyətinə girib və atəş açıblar. Aldığı güllə yaralarından o ölüb. Hadisəni törədənlərin kimliyi hələ məlum deyil.