Yol Polisi leysanla əlaqədar xəbərdarlıq edir

Vaqif Əsədov

-

Bakı Dövlət Yol Polisi sürücüləri paytaxtın ərazisində yağan leysanla əlaqədar ehtiyatlı olmağa çağırır.
Trend-in yazdığına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
İdarədən həmçinin xəbərdarlıq olunur ki, şəxsi avtomobillərində nasaz şüşə silən olan sürücülər avtomobili sürməkdən kənarlaşdırılacaqlar.