Aeroport yolunda zəncirvarı qəza: 5 avtomobil toqquşdu

Oktyabrın 15-i Bakıda zəncirvarı qəza olub. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektinin aeroport yolu kimi tanının hissəsində, Suraxanı rayonu ərazisində 5 avtomobil toqquşub.

Yolun hava limanına gedən zolağında baş verən qəzada «Mercedes», «Hyundai», «Chevrolet» və 2 «VAZ» markalı avtomobil əzilib. Qəzanın hansı avtomobilin törətdiyi hələlik məlum deyil. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəzadan sonra yolda müəyyən sıxlıq yaranıb. Əraziyə cəlb edilmiş yol polisləri çox keçmədən yolu açıblar.