Coelho-nun "Zahir"i Bakıda!

-

“Qanun” nəşriyyatı populyar Braziliya yazıçısı Paulo Coelho-nun məşhur əsərlərindən olan – “Zahir” romanını Azərbaycan dilində çap etdi.

Tərcümə Nəriman Əbdülrəhmanlınındır.

«İranlı bir müdrikin dediyi kimi, Eşq kimsənin qurtarmaq istəmədiyi xəstəlikdi...

Bu xəstəliyə yoluxanlar heç vaxt sağalmaq, eşq üzündən əzab çəkənlər də müalicə olunmaq istəmirlər».

«Zahir» romanı sevginin təkcə cismani yaxınlıq yox, həm də ruhi doğmalıq olduğu haqqındadı.

Əsərdə Sevgi enerjisinin bütün insanları bürüməsini arzulayan adamların keçdiyi yol təsvir olunur.

Roman Paulo Koelhoya məxsus üslubda – həyati həqiqətlərin anlaşıqlı fəlsəfi yozumu ilə qələmə alınıb.