«Ətrafımdakı hər kəsin, bütün dostlarımın uşaqları var idi», deyən Sharif Halimov əlavə edir ki, ancaq onun arvadı hamilə qala bilmirdi.
Ənənəvi olaraq, tacik kişisi bu dilemmanı bir yolla həll edir - yeni həyat yoldaşı tapmaqla.
Ancaq həqiqəti eşitmək 36 yaşlı keçmiş hərbçi üçün ağır olur. Halimov uşaqlarının olmamasının günahının arvadında yox, onda olduğunu öyrənəndə kişilik qürurunun zədələndiyini deyir. Amma həkimə qulaq asdığına da sevinir.
AİLƏNİN BİOLOJİ QIZI
Tibbi yardımın nəticəsində indi Halimovlar ailəsində onların bir yaşlı bioloji qızları Nərgiz böyüyür. Ailə həm də Düşənbə yetimxanasından 5 yaşlı Nafisanı övladlığa götürüb.
«Fikirləşirəm ki, burda heç kim mənim kimi səbirli deyil. Çoxlu həkim dəyişdim, ənənəvi tibbi sınaqdan keçdim və indi Allaha şükür edirəm».
Halimov etiraf edir ki, hər zaman hərəkətdə keçən hərbi həyatı çoxlarının «mənəvi pozğunluq» kimi qiymətləndirdiyi qərarı verməyə kömək edib. Hərbi həyat onu qohum və qonşuların gözlərindən qıraq saxlayıb. Ona görə də onun və həyat yoldaşının ənənələrdən müdafiə olunmaq ehtiyacı olmayıb.
Tacikistanda hər beş evlilikdən biri sonsuzluqla üzləşir. Amma kişi sonsuzluğunu tibbi yolla həll etmək əvəzinə boşanmaya üstünlük verir.
Tacik həkim Akbarsho Ahmedov bu baxışları dəyişməyə çalışır.
«Tacikistanda Sonsuzluğun Kliniki Kursunun Detalları və Strukturu» ölkədə sonsuzluq problemlərini öyrənən ilk tədqiqata görə, bir çox hallarda buna kişilər səbəbkar olur.
KİŞİLƏR ÜÇÜN SONSUZLUQ TRAVMADIR
«Ailələrdə çoxlu uşaqların doğulduğu cəmiyyətimizdə kişilər üçün sonsuzluq psixoloji travmadır. Bu, sosial biabırçılıqdır. Sonsuz cütlərdə adətən kişilər arvadlarını müalicə üçün həkimə göndərirlər, deyirlər ki, uşaq olmamasının səbəbkarı arvadlarıdır. Amma reallıqda, bu tipli hadisələrin 50-də sonsuzluğa bais kişilərdir».
Həkim Ahmedov deyir ki, spermanın aşağı faizi, spermanın qeyri-mütənasib morfologiyası və spermanın aşağı hərəkətliliyi kişi sonsuzluğunda əsas problemlərdəndir. Onun sözlərinə görə, infeksiyalar, uşaqlıqda keçirilmiş xəstəliklər və immun sisteminin anormallığı da burda rol oynaya bilər.
Bu məsələlərin «sağlamlıq problemi» kimi xüsusi tibbi müalicəsi ilə sonsuz cütlüklərin nikahını qorumaq mümkündür.
HEÇ KİMİN AĞLINA GƏLMİRDİ Kİ, BƏLKƏ SUÇ ƏRİMDƏDİR...
Düşənbə zooparkında şir baxıcısı işləyən Zuhrabonu İmomova deyir ki, onun birinci evliliyi uşaq doğulmadığından dağıldı. İmomova evli olduğu illəri «qarabasma» kimi təsvir edir: əri və ərinin qohumları sonsuzluqda onu ittiham edirdilər:
«Heç kimin ağlına gəlmirdi ki, bəlkə bunun suçu ərimdədir», İmomova deyir.
Onun əri başqa qadınla evlənir. İmomova isə özü 10 ildən sonra yenidən ailə qurur və bir il keçmiş ilk uşağını qucağına alır.
İmomova təəssüflə deyir ki, uzun illər sonsuzluğun günahının qadınlarda olduğunu düşünüb.
Həkim Ahmedova görə, indi bir çox tacik kişilərin sonsuzluq probleminə baxışının dəyişməsini müsbət meyl kimi qiymətləndirmək olar. Həkim deyir ki, sonsuzluq problemi ilə ona hər ay orta hesabla 100 kişi müraciət edir.