Yunanıstanda ümumi tətil keçirilir

Bu gün Yunanıstanda hökumətin antiböhran tədbirləri əleyhinə ümumi tətil keçirilir. Həmin tədbirlər əmək haqları və pensiyaların azaldılmasını nəzərdə tutur.

Bu, son 3 həftə ərzində keçirilən ikinci ümumi tətildir.

Tətil müddətində dövlət idarələri, xəstəxanalar, mağazalar bağlı olacaq. Nəqliyyat işləməyəcək.