Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün də 15 manat rüsum tələb olunacaq


Bundan sonra Azərbaycanda sürücülük vəsiqəsinin hər hansı səbəbdən dəyişdirilməsi üçün də 15 manat dövlət rüsumu alınacaq. Oktyabrın 18-də prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna imzaladığı düzəliş rəsmi mediada yayılıb.

Buna qədər qanunda yalnız vəsiqənin verilməsi zamanı 15 manat rüsum ödənilməsi nəzərdə tutulurdu.