Qırğızıstanda müxalifət lideri həbsxanadan təcridxanaya aparılıb

Qırğızıstanda istintaq təcridxanasında saxlanan müxalif “Ata Jurt” partiyasının lideri Kamchibek Tashiyev xəstəxanaya aparılıb. O aclıq aksiyası keçirirdi.

Kamchibek Tashiyev, “Ata Jurt” partiyasının daha iki fəalı Sadır Japarov və Talant Mamıtov hakimiyyəti zorla ələ keçirməyə cəhdə ittiham olunurlar.

Hazırda onlar istintaq altındadırlar. Müxalifət onların həbsini siyasi sifarişli sayır.