Sabiq vitse-prezident: Fidel Castro sağ-salamatdır

Kuba lideri Fidel Castro sağdır və yaxşıdır. Bunu Venesuelanın sabiq vitse-prezidenti Elias Jaua bildirib.

O deyib ki, Castro ilə ötən həftə sonu görüşüb.

86 yaşlı Fidel Castronun ölümcül xəstə olması xəbərləri yayılıb.

Elias Jaua bildirib ki, Castro özü şəxsən onu qəbul edib.

Kuba lideri bu ilin mart ayından bəri ictimaiyyət qarşısına çıxmayıb.