Mahmud Ahmadinejadı Evin həbsxanasına buraxmadılar

İran Prezidenti Mahmud Ahmadinejadın Tehranın bədnam ad qazanmış Evin həbsxanasına səfər etməyə icazə verilmədiyi bildirilir.

İran xəbər agentlikləri oktyabrın 21-də məlumat yayıblar ki, Ahmadinejad köməkçisi Ali Akbar Javanfekrə baş çəkmək istəyib. Ali Akbar Ali dini lider Ayatollah Ali Khameneini təhqir etməkdə və şəriət əleyhinə məqalələr yazmaqda suçlu bilinib və 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyi prezidentin həbsxanaya getmək xahişini rədd edib və bunu onunla əsaslandırıb ki, Mahmud Ahmadinejad "həbsxanaya getmək" əvəzinə iqtisadi böhrandan doğan problemlərin həlli ilə məşğul olmalıdır".