Berlində etnik romaların xatirəsinə abidə ucaldılıb

Bu gün Berlində nasist repressiyalarının qurbanı olmuş etnik roma və sintilərin xatirəsinə həsr olunmuş abidə açılacaq.

Açılış mərasimində Almaniya kansleri Angela Merkel də iştirak edəcək.

Abidə Berlinin mərkəzində, parlament binasının yaxınlığında ucaldılıb. Açılışda vaxtilə nasist həbs düşərgələrində olmuş yüzə yaxın keçmiş məhbus da iştirak edəcək.

Hitler rejimi etnik romaları təqib edir, onları “aşağı irq”dən sayırdı. Nasizm dövründə bu xalqın yarım milyona yaxın nümayəndəsi öldürülüb.