5 milyard itirən maliyyəçinin appelyasiyası rədd olundu

Parisin appelyasiya məhkəməsi maliyyəçi Jerome Kervielə qarşı aşağı məhkəmə instansiyasının qəraraını qüvvədə saxladı.
Societe Generale bankının qiymətli kağızlarla alver edən işçisi Kerviel öz əməliyyatlarında 5 milyard avro itirib.
Saxtakarlıq və sui-istifadə ittihamı ilə 35 yaşlı maliyyəçi 3 il həbs cəzası alıb.
Appelyasiya məhkəməsi onu birbaşa həbsxanaya göndərmək qərarı verməyib. Kerveilə 5 gün vaxt verilib ki, Kassasiya məhkəməsinə müraciət etsin.