AzadlıqRadiosu-nun jurnalisti Xədicə İsmayılova Jurnalizm cəsarəti-2012 mükafatına layiq görülüb. Beynəlxalq Qadın Media fondunun (IWMF) təsis etdiyi mükafat oktyabrın 24-də New Yorkda təqdim olunur.
Qalibləri elan edən IWMF yazır ki, hakim elitanın vəzifədən sui-istifadə və korrupsiya hallarını işıqlandıran Xədicə İsmayılovanı susdurmaq üçün onu hədələmiş, mənzilində gizli kamera quraşdıraraq izləmişlər.
Rəsmi təltifat mərasimi New-Yorkda və Los Angeles-də (29 oktyabr) keçirilir.
Bu, Xədicə İsmayılovanın layiq görüldüyü ilk beynəlxalq mükafat deyil. Bir sıra ifşaedici araşdırmalarına görə Xədicə bir tərəfdən təzyiq və təhqirlərə məruz qalsa da, digər tərəfdən söz azadlığını əsas dəyər kimi qəbul edən həmkarlarının və beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb.
Təbrik edirik!