Həcc mərasimi Ərəfat dağına yürüşlə başlayıb


Səudiyyə Ərəbistanında builki həcc ziyarəti Ərəfat Dağına zəvvarların yürüşü ilə başlayıb. İnanclara görə Məkkənin şərqində olan bu dağda yeddinci əsrdə Məhəmməd Peyğəmbər özünün son nəsihətlərini deyib.

Gün batandan sonra zəvvarlar Mina və Ərəfat Dağları arasında Muzdalifah adlı yerə gedib cümə günü keçiriləcək şeytanı daşlama mərasimi üçün daş toplayacaqlar.

Builki həcc ziyarətində 3 milyon müsəlmanın iştirak etdiyi ehtimal olunur.