Yerevanda bina uçub, 11 nəfər yaralanıb


Oktyabrın 25-də Ermənistanın paytaxtı Yerevanda təmir olunan bina uçub, 11 fəhlə yaralanıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır. Xilasedicilər hələ dağıntılar altında daha iki fəhlənin ola biləcəyini deyirlər.

Hadisənin səbəbləri haqqında hələlik ətraflı məlumat yoxdur.