Suriyada atəşkəs qüvvyə minir

Suriya müxalifəti Qurban bayramına görə atəşkəsə əməl edəcəklərini deyib.

Suriyanın dövlət televiziyası bildirir ki, bu bayrama görə hökumət qüvvələri cümə günü səhər tezdən bazar ertəsinə qədər atəşkəs elan edəcəklər.

Müxalifəti Hələb şəhərində qızğın döyüşlərdə hökumət qüvvələrini iki rayondan çıxardıqlarını deyirlər. Müxalifət xüsusilə Hələbdə hərbi aeroport ətrafında qızğın döyüşlər getdiyini bildirir.

Hələb uğrunda döyüşlər iyul ayından başlayıb və bu gün müxalifətin verdiyi məlumatların təsdiqlənməsi həm də onların qüvvələr nisbətini öz xeyirlərinə dəyişmələri demək olardı.