Kubada baş vermiş qasırğada azı 11 adam ölüb

Kubada baş vermiş qasırğa nəticəsində azı 11 adam ölüb.

Ölənlərdən biri 4 aylıq körmədir.

Bu barədə ölkənin hakim dairələri məlumat yayıb.

Ən çox ziyan əhalisinin sayına görə 2-ci olan Santyaqo-de-Kuba şəhərinə dəyib.

Yüzlərlə bina dağılıb, bir sıra rayonlar işıqsız qalıb.