2600 azərbaycanlı zəvvar Hacı olub

Həcc ziyarəti, 25 oktyabr 2012

-
Həcc ziyarətinə yollanmış 2600 azərbaycanlı zəvvar Hacı dini titulunu alıb.

APA-nın məlumatına görə, onlar bu ada oktyabrın 26-da qurban kəsdikdən sonra yiyələniblər. Zəvvarların arasında bu adı ikinci, üçüncü və s. dəfə alanlar da var.

Azərbaycanlı zəvvarlar oktyabrın 28-də Mina dağında sonuncu dəfə «Şeytanı daşlama» əməlini etdikdən sonra Məkkə şəhərində qaldıqları otellərə qayıdacaqlar.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə təyyarə ilə Azərbaycana qayıtması nəzərdə tutulur.