Pakistanda sufi məbədi partladılıb

Pakistanın Novşera şəhərindəki sufi məbədində törədilmiş partlayışda azı 3 nəfər ölüb, 25 adam isə yaralanıb.

Partlayış Qurban bayramına görə ibadətə gəlmiş adamlar məbədə yığışarkən uzaqdan idarə olunan qurğuyla törədilib.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma əvvəllər Sufi məbədlərinə edilmiş hücumları Taliban və Əl Qaidə ilə əlbir olan islamçı qruplar tərədib.