Tacikistan prezidenti Emomali Rahmon Özbəkistan prezidenti Islam Karimova zəng eləyib.
Bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 29-da tacik-özbək diplomatik əlaqələrin 20 illiyi qeyd olunur. Liderlər bir-birlərini buna görə təbrik ediblər. Əlaqələrin yüksək səviyyəyə çatdırılması ilə bağlı arzularını bildiriblər.
Düşənbə-Daşkənt əlaqələri su, enerji resursları və tranzit marşrutları ilə bağlı müzakirələr üzündən gərgindir. Buna görə də iki prezidentin telefon danışığı diqqət çəkib.