Ukrayna seçkilərində hakim partiya öndədir

Ukraynada həftəsonu sonu keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, prezident Viktor Yanukovichin Regionlar partiyası öndədir. Səslərin yarısı artıq sayılıb . BU nəticələrə görə, Regionlar partiyasının 35, müxalifətdəki eks-Baş nazir Yulia Timoshenkonun Vətən partiyası 22, Kommunistlər 15, kboks üzrə dünya çempionu Viktor Klichkonun Udar partiyası 13 və Azadlıq hərəkatı 8 faiz səs yığıb.

Exit pollara əsasən mübarizə Regionlar partiyası ilə Vətən partiyası arasında gedir.

Qərb dövlətlər 450 yerlik parlamentə keçirilən seçkiləri Ukraynada demokratiya üçün həlledici sınaq olduğunu bildiriblər.