-
Həmin an birdən-birə üzü çəkildi və dedi: "Gözlərim qaralır". Sonra möhkəm öyüdü, ağzından sarı su gəldi...
Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabından...
“Xatirələrim” əsərini ruscadan çevirən və nəşrə hazırlayan Mehriban Vəzirdir.
SOBANI SON DƏFƏ QALADI
Mirzə Cəlil hər zaman deyirdi ki, uşaqları yaxşı yedirmək lazımdır, yoxsa xəstələnib məhv olarlar. Ancaq güclü qidaya pulu çatmırdı, ona görə də həyəcanlanır, əzab çəkir, əsəbi və gərgin olurdu. Kiməsə ağız açmağa isə üzü gəlmir, utanırdı. Ürəyində ağır götür-qoy edir, daim fikir çəkir, ona yetərincə qiymət verilmədiyinə çox üzülürdü
Biz odun ala bilmirdik. Mirzə Cəlilin yatdığı qaranlıq otaqdan başqa bütün otaqlarımızın pəncərəsi şimala açılırdı. Çox soyuqdu, xüsusilə də xəzri əsəndə evimiz buzxanaya dönürdü.
Mirzə Cəlil iki, ya üç dəfə anbardan köhnə yeşikləri, lövhələri, qırıq mebelləri çıxarıb Ənvərlə mənim yatdığım kiçik otağa çıxan sobasını qalamışdı. Ancaq yazıq Midhət qızdırılmayan buz kimi otaqda yatır və işləyirdi.
Dekabr axşamlarının birində, aramsız qar-şaxta ilə dəhşətli xəzrinin tüğyan etdiyi bir vaxtda Ənvər kiçik otaqda yoldaşları ilə birgə dərslərini hazırlayırdı.
Mirzə Cəlil ehtiyatla onun otağına daxil olub vəziyyətə baxdı, sonra geri qayıdıb mənə dedi:
"Çox soyuqdur. Onların başına bir şey girməz. Nəyləsə sobanı qalamaq lazımdır".
Sonra öz otağına keçdi, əlyazmalarının qaralaması saxlanan dolabı açdı, kağızları nəzərdən keçirməyə və bir-bir yerə tullamağa başladı. Mən onun nə edəcəyini duyub təşvişə düşdüm və yaxınlaşıb soruşdum ki, neyləmək istəyirsən?
O, cavab verdi ki, sobanı qalamaq istəyirəm. Bu yerdə ondan çox rica etdim ki, bu qaralamaları yandırma, bunlar hələ gərək ola bilər.
Ondansa gəl anbarda taxta şeylər axtaraq. O cavab verdi: "Yandırılması mümkün olan hər şeyi artıq yandırmışam".
Mən ürək ağrısı ilə onun öz əli ilə yazdığı kağızları, əlyazmalarını böyük bağlamalarla sobaya doldurmasına və kibrit çəkməyinə tamaşa edirdim.
Sonra yavaş-yavaş sobaya qaralamaların yerdə qalanlarını atmağa başladı. Mən hiss edirdim ki, bu, çox böyük itkidir, ancaq müqavimət göstərə bilmirdim.
O, son dərəcə gərgin idi. Nəhayət, sobanın qapağını örtüb yenidən Ənvərin otağına keçdi. Geri qayıdanda isə dedi: "Soba istidir!".
Çox məmnun oldu və uzanıb rahat yatdı. Bu, Mirzə Cəlilin sobamızı son dəfə qalaması idi.
* * *
Mirzə Cəlil daim balaca oğlu Ənvərə deyirdi: "Yaxşı oxu, oğlum, bu, sənin gələcəyinin təməlidir".
Midhət isə gecə-gündüz çalışırdı. Ona heç "oxu" demək lazım deyildi. Midhət, demək olar ki, canının bahasına oxuyur və işləyirdi.
Çox az yeyir, günorta, axşam yeməklərini belə ayaqüstü, tələm-tələsik bitirirdi. Midhətin öz işinə qeyri-adi sevgisi vardı, sanki işdən xüsusi bir ləzzət alırdı.
Bu böyük oğlundan ötrü Mirzə Cəlilin ürəyi əsirdi, ona tamaşa etməkdən və hər hərəkətini tərifləyib göylərə qaldırmaqdan doymurdu.
Bir dəfə Midhət atasından altı manat borc istədi. Bir neçə gün sonra o, atasından aldığı borcu geri qaytardı və bərk-bərk onun başından öpüb öz otağına işləməyə getdi.
Atası onun ardınca nəvazişli, şəfqətli baxışlarla baxırdı.
Dekabrın son günlərində, axşam Mirzə Cəlillə ikimiz çay süfrəsinin arxasında oturmuşduq. Mən ona mərhum atam Əhməd bəyin həyatından və vəfatından danışırdım.
Onun sətəlcəmdən ölüm yatağına düşdüyündən, necə ağır can verdiyindən söhbət edirdim. Həm də ona atam haqqında yazdığım bir dəftərlik xatirəmi oxudum. Bu, Mirzə Cəlili çox maraqlandırdı. O, məndən yazmağı davam etməyimi xahiş etdi və dəftəri məndən alıb yazdıqlarımın ardına baxdı və dedi:
"Niyə dəftərin sonunda öz adını yazmırsan?".
Sonra dərin bir ah çəkib dedi:
"Mən asan öləcəyəm, heç kimə də əziyyət verməyəcəm" və əlavə elədi: "Mən öləndə molla çağırmayın!".
Dekabrın sonları idi. Bərk qar yağırdı. Yaman soyuq idi. Buna baxmayaraq Mirzə Cəlil hər gün saat 11-də gəzməyə çıxırdı. Paltosu ağır və qaba idi. Bu paltonu daşımaqda çətinlik çəkdiyindən şikayət edirdi.
Qəzetdə oxumuşduq ki, kooperativlər şəkər satacaq. Mirzə Cəlil bu elandan çox sevindi və dedi ki: "Gərək pul tapım, bir az ehtiyat şəkər alım. Uşaqlar şirin çay içəndilər, həm də bu, faydalıdır".
Dekabrın 30-da axşam uşaqlardan heç biri evdə deyildi. Mirzə Cəlil öz yatağında uzanıb dincəlir, mənsə yemək otağında tikiş tikirdim. Bir az sonra o, yerindən durdu, yuyundu, Midhətin otağına keçib kamançasını götürdü (arada Midhət də o kamançanı çalırdı), yenə öz otağına qayıdıb köklədi və çalmağa başladı.
Elə gözəl çalırdı ki, əlimdəki işi saxlayıb qulaq asmağa başladım. Çaldığı havanın xatiməsi xüsusilə gözəl, yanıqlı və təsirli oldu. Gözlərim doldu. Mirzə Cəlil çalğısını bitirdikdən sonra kamançanı qaytarıb üsulluca əvvəlki yerinə qoydu. Bu, onun son çalğısıydı...
* * *
Dekabrın 31-də gündüz Mirzə Cəlilin bacısı oğlu və boya-başa çatdırdığı Cəlal Kəngərli
gəldi. Dayısı ilə uzun-uzadı söhbət elədi, sonra Mirzə Cəlil sevincək mənə xəbər elədi ki, nəhayət, Cəlal ali məktəbə girmək qərarına gəlib. O dedi: "Çox şad oldum, gərək biz onu himayə edək! Qoy oxusun, adam olsun!".
Yeni il axşamı bütün gənclərimiz Midhətin otağına yığışaraq çalıb-oxuyur və rəqs edirdilər. Teymur tar, Midhət kamança çalır, Cəlal isə qaval yerinə sini götürüb tıqqıldadır, oxuyurdu. Bəzən də onu yerindən qaldırıb oynamağa məcbur edirdilər.
Mirzə Cəlil yatmağa hazırlaşırdı.
Ancaq dözə bilmədi. Yarısoyunmuş halda, gülümsəyərək mənim yanımdan keçib Midhətin otağının qapısına yanaşdı, demək olar ki, beş dəqiqəyə kimi uşaqlarına heyran-heyran tamaşa elədi. Sonra qayıdıb yatağına uzandı.
1932-ci il yanvarın 1-də hava bərk soyuq, yer isə çox sürüşkən idi. Mirzə Cəlil yürüyüşə çıxmağa hazırlaşırdı.
Mən onu xeyli dilə tutdum ki, getməsin, dedim yıxıla bilər, ancaq o, məni eşitmədi, "işim var" deyə bəhanə gətirib getdi.
Evdən çıxan kimi onun ardınca qohumumuz Əlini (Qəmərin qardaşını) göndərdim və xahiş elədim ki, Mirzə Cəlili gedəcəyi yerə kimi ötürsün. Ancaq Cəlil onu təkidlə geri qaytarmışdı.
Bir müddət sonra Mirzə Cəlil evə yorğun və pəjmürdə qayıtdı. Dedi ki, Tarayevskinin evi önündəki yoxuşda sürüşmüş və arxası üstə yıxılmışdır. Yol keçənlər yerdən qalxmağa ona kömək etmişlər, o da birtəhər qalxıb evə qayıtmışdı.
Həmin gecəni çox pis yatdı. Boğulur, əsəbiləşirdi. Bütün gecəni işığı yanılı qoydu. Səhər duranda rahat idi, ancaq çox dinməz və fikirli görünürdü. Dedi ki, hamama getmək istəyirəm, ancaq uşaqlardan heç biri evdə olmadığından, tək getməyə ehtiyat elədi. Həmin gecə - yanvarın 2-dən 3-nə keçən gecə yenə pis yatdı.
Yanvarın 3-də Mirzə Cəlil şəkər almaq üçün Fioletov küçəsindəki kassadan pul götürməyə getdi. Onun əmanət kassasında qənaət edib saxladığı yüz əlli manat pulu vardı. İki saatdan sonra qayıdıb gəldi və pulu mənə verib dedi: "Bu gün bir xeyli dəfn mərasimi ilə rastlaşdım. Camaat yaman qırılır!".
Axşam mənə şikayət elədi ki, hamama gedə bilmədim, başım çirklidir, elə bədənim də. Bu, onu narahat edirdi. Təklif elədim ki, icazə ver mən özüm sənin başını yuyum. O razılaşmadı. Belə olduqda dedim: "Mən suyu tökərəm, Liza yuyar". Yenə icazə vermədi.
O, kimisə zəhmətə salmağı sevməzdi. Axırda mən onun qarşısma bir ləyən ilıq su qoydum, xahiş etdim ki, ayağını suya sal və ayaqlarını suda bir-birinə sürt. O, özü başını yüngülcə yudu, yataq ağlarını dəyişdirdi və yerinə girdi.
Gecə gördüm ki, onun otağının işığı yanır. Yenə yuxusu pozulmuşdu, boğulurdu, deyirdi: "Elə bil, boğazımda nəsə düyünlənib durub, məni boğur. Yenə pis yatmışam".
Cəlil Məmmədquluzadə.
Felyetonlar:
Axund ilə keşişin vəzi
İnna lillahi və inna ileyhi raciun
Erməni və müsəlman övrətləri
Biz
Həmin gün, yanvarın 4-də yerindən qalxdı, babat görünürdü, şüşəbəndə çıxdı, ayağını kətilin üstünə qoydu, silgəclə cəkmələrini təmizlədi, yuyundu, yağ-çörək yedi, südlü çay içdi, məndən soruşdu ki, Midhət evdədirmi?
Sonra özü onun otağına keçdi, baxdı, oğlunu evdə görməyəndə qəmli-qəmli ah çəkdi, qüssə ilə öz otağına qayıtdı.
Teymur, Ənvər və Cəlal hamama gedirdilər. Cəlal dayısına təklif etdi ki, o da gəlsin. Ancaq Mirzə Cəlil etiraz etdi. Yemək otağına keçdi və məndən xahiş etdi ki, sindanı, kəlbətini, çəkici və başqa hacətləri pəncərənin yerliyinə qoyum.
Gündüz 12-nin yarısı idi. O, öz otağından açar-qıfıl gətirib təmir etməyə başladı. Həmin vaxtda mən də yemək stolunun arxasında oturub oğlum Müzəffərə, Kürdəmirə məktub yazmağa başladım.
Mirzə Cəlil çəkiclə açarı bərk-bərk döyəcləyirdi. Birdən ara verdi, üzünü mənə tutub soruşdu: "Sənə mane olmuram ki, bu taqqıltılarla?". "Yox" dedim və yazmağa davam etdim.
Mən yazıb qurtardıqda Mirzə Cəlil də taqqıltını dayandırdı və əlini ovxalamağımı xahiş etdi. Gördüm ki, sağ əlinin barmaqları gərilib. Əlini ovxalamağa başladım. Beş dəqiqə keçməmiş sol əli də gərilməyə başladı. Vəziyyəti belə görəndə qorxdum, ondan bir dəqiqəliyə icazə istəyib Qəmərin dalınca qaçdım və onu köməyə çağırdım.
Həmin an birdən-birə üzü çəkildi və dedi: "Gözlərim qaralır". Sonra möhkəm öyüdü, ağzından sarı su gəldi. Bir az özünə gələndən sonra dedi: "Edyaya (Midhətə) telefon edin, qoy təcili gəlsin, həkim lazım deyil!".
Bu səs-küyə qonşumuz Yelizaveta Nikolayevna Abramova qaçaraq gəldi. Mən ona yaxınlaşıb yavaşca xəstənin vəziyyət barədə məlumat verdim. Mirzə Cəlil sərt şəkildə qayıtdı: "Xahiş edirəm pıçıldaşmayın!".
Mən də, Qəmər də təlaş içində Mirzə Cəlilin əllərini ovxalayırdıq. Yelizaveta Nikolayevna isə Midhəti çağırmaq üçün telefona qaçdı. Onun "Hara zəng edim?" sualına Mirzə Cəlil özü cavab verdi: "Dövlət Plan Komitəsi, 90-91".
Mirzə Cəlil bir neçə dəqiqənin içində tamam əldən düşdü. Biz Qəmərlə onun oturub qaldığı yerə, böyrünə yataq sərdik və birtəhər, çox çətinliklə onu stuldan tərpədib yatağa uzatdıq. Ayaqlarına isti su ilə dolu şüşə qablar qoyduq, əllərini isti suda ovxalamağa başladıq, başına isə soyuq dəsmal bağladıq.
Yelizaveta Nikolayevna Midhəti çağırdı və dedi ki, təcili olaraq həkim gətirsin. Bizdən başqa evdə heç kəs yoxdu; az əwəl Lizanı şəkər almağa göndərmişdim.
On beş dəqiqə sonra Mirzə Cəlil soruşdu: "Edya gəldimi?". Bu, onun son sözləri idi. Cavab verdim ki, indi gələcək. Yenə ağzından sarı su gəldi.
Biz onun əllərini və ayaqlarını isti suda ovxalamaqda davam edirdik, Qəmər isə ona kamfora iynəsi vururdu. O, ağır nəfəs almağa başladı. Saat iki oldu. Nəhayət, yazıq Midhət bənizi qaçmış, qorxmuş, qaranəfəs özünü evə çatdırdı. Dizi üstə atasının üzərinə əyildi. Onu öpməyə və səs-ləməyə başladı: "Ata... ata...", ancaq atası yazıq artıq onu tanımırdı.
Gözünün qarası tərpənməz, üzü cansız idi. O get-gedə daha ağır nəfəs alırdı. Midhət telefona qaçıb həkim çağırdı.
Az sonra həkim gəldi, müayinə etdi və dedi: "Beyin qansızmasıdır. O, hüşsuz və umudsuzdur".
Xəstəni öz çarpayısına uzatdılar, əllərini və ayaqlarını ilıq suda sürtməyi davam elədilər, yenə iynə vurdular. Nəhayət, Ənvərlə Teymur da gəlib çıxdılar. Mirzə Cəlilin jurnaldan köhnə həmkarı Faiq əfəndi də gəldi.
Mən Mirzə Cəlilin ölümünə inanmırdım, inadla onun əllərini ovuşdurur, alnının tərini silirdim. Qəmər sol əlini ovxalayırdı. Gündüz saat üç olardı. Xəstə ağır-ağır, xırıltı ilə nəfəs alır, sinəsi qalxıb-enirdi. Həkim arada nəbzini tuturdu. Həkim yavaşca mənə dedi ki, xəstənin ürəyi sağlamdır, başqası çoxdan canını tapşırmışdı.
Birdən Mirzə Cəlilin üzü ağappaq oldu. Sinəsindən sonuncu nəfəs çıxdı və əbədi olaraq sakitləşdi.
1932-ci il yanvarın 4-ü gündüz saat 3 idi.
P.S Mehriban Vəzir “Oxu zali”na bildirib ki, “Xatirələrim” kitabı 1000 tirajla yenidən nəşr edilib. Bakının bütün kitab mağazalarından əldə etmək olar...