Clintonun Balkan ölkələrinə səfəri başlayıb

ABŞ dövlət katibi Hillary Clinton Sarayevoya gəlib. Bosniya-Hersoqovinaya gələndən sonra onun Balkan ölkələrinə 5 günlük səfəri başlayır. Bundan sonra o Albaniya və Xorvatiyaya gedəcək.

Sareyovada danışıqların əsas mövzusu Bosniya-Hersoqpvina dövlətinin möhkəmləndirilməsi olacaq. Bundan əvvəl ABŞ dövlət katibi Əlcəzairdə olub.

Əlcəzairdə Malinin şimalında mümkün beynəlxalq hərbi əməliyyatların keçirilməsi məsələsi müzakirə olunub. Yaz ayından Malinin şimalını islamçılar ələ keçirib.