Dərbənd şəhər məscidinin imamı, atası və qardaşı öldürülüb


Bu gün səhər Dərbənddə şəhər məscidinin imamı Kalimulla İbragimov, onun 82 yaşlı atası və qardaşı öldürülüb. Onlar məscidə sübh namazına gedəndə güllələniblər. Hər üçü hadisə yerində ölüb.

Onları öldürənlər maşına minib qaçıb. Axtarışlar davam edir.

Bu, Dağıstanda din adamlarına qarşı ilk hücum deyil. Bundan əvvəl Buynaksk şəhər məscidinin imamı, daha sonra tanınmış islam xadimi Said Afandi Chirkeyski öldürülmüşdü.