Azərbaycanda noyabr ayında qeyri-iş günlərinə rəsmi aydınlıq gətirildi

Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 10-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.

Noyabrın 12-si Konstitusiya günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş günü - noyabrın 17-si iş günü hesab edilir.

Bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.