E.Sabiroğlu "Xankəndi aeroportunun işə düşməsinə adekvat cavab verəcək"

Eldar Sabiroğlu

Azərbaycan işğal altında olan Xankəndi hava limanının istifadəyə veriləcəyi halda adekvat addımlar atacaq.

Bunu Nazirliyin rəsmisi Eldar Sabiroğlu ANS-ə müsahibəsində deyib.

O bildirib ki, birincisi uçuşlar barədə beynəlxalq “Çikaqo konvensiyası” var və müharibə vəziyyəti nəzərə alınmalıdır.

Əgər belə bir şey baş versə Azərbaycan ordusu üzərinə düşən vəzifəni yerinə yetirəcək-deyə o vurğulayıb.

Ermənistan mətbuatı bu günlərdə Xankəndi hava limanından ilk sınaq uçuşu keçiriləcəyi barədə məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bunun danışıqlar prosesinə böyük zərbə vuracağını bildirib.