Obama qasırğadan zərər çəkmiş Nyu-Cersi ştatına gedib

ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama “Sendi” qasırğasından zərər çəkmiş Nyu-Cersi Ştatına gedib.

O qasırğadan zərər çəkmiş sakinlərlə görüşəcək və təbii fəlakətin törətdiyi fəsadlarla tanış olacaq.

Barack Obama qasırğaya görə bir sıra seçkiqabağı tədbirləri təxirə salmalı olub.

Qasırğaya görə ölkədə 18 mindən çox təyyarə reysi təxirə salınıb,metrolar bağlanıb.

Bərpa işlərinə bir neçə gün vaxt lazım olacaq.

Qasırğadan ümumilikdə 50-ə yaxın adam ölüb.