Batan gəminin 120 sərnişini itkin düşüb

Banqladeş sahili yaxınlığındakı Benqal körfəzində gəmi batıb. 120 nəfər itkin düşüb. Sərnişinlərin çoxu Myanmadan olan müsəlman qaçqınlar olub.

Yerli balıqçılar yalnız 13 nəfəri xilas edə biliblər.

Son həftələr Myanmanın Rakhtin əyalətini 20 mindən çox adam tərk edib. Buna səbəb həmin əyalətdə müsəlmanlarla buddistlər arasında baş verən qanlı toqquşmalardır.