Timoshenko aclıq aksiyasını davam etdirir

Ukraine -- Opposition leader Yulia Timoshenko at a meeting of opposition Cabinet of Ministers, Kyiv, 15Apr2010

Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoshenko aclıq aksiyasını davam etdirir.

Keçmiş nazirin Batkivşina partiyasının liderləri cümə axşamı xəstəxanada ona baş çəkiblər.

Partiyanın liderlərindən biri Aleksandr Turçinov bildirib ki, partiya üzvləri və həkimlərin təkidlərinə baxmayaraq Timoshenko aclıq aksiyasını davam etdirmək fikrindədir.

Timoshenko bu günlərdə ölkədə keçirilmiş parlament seçkisinin saxtalaşdırılmasına etiraz olaraq oktyabrın 29-dan aclıq aksiyasına başlayıb.

O hazırda səlahiyyətlərini aşma ittihamıyla 7 illik həbs cəzası çəkir.

Timoshenko və onun tərəfdarları həbsin siyasi motivli olduğunu deyirlər.