Sandy qasırğası nəticəsində ölənlərin sayı 140-a çatıb

Sandy qasırğası nəticəsində ABŞ-da və Kanadada ölənlərin sayı 140-a çatıb. Onlardan 90-ı ABŞ sakinləridir. Təkcə New Yorkda 40-dan artıq ölən olub.

Federal hakimiyyət orqanlarının məlumatına görə, 12 ştatda 4 milyon yarım adam işıqsızdır. Təxminən 7 min adam Qırmızı Xaç Komitəsinin müvəqqəti sığınacaqlarına yerləşdirilib.

16 ştatda on minlərlə adama humanitar yardım göstərilib. Axtarış-xilasetmə işləri davam etdirilir.