ABŞ-da prezident seçkisinə 2 gün qalır

Barack Obama və Mitt Romney

-

Amerika seçkilərini şərh et


Kimin qələbəsini arzulayırsan və niyə?

ABŞ-da prezident seçkisinə 2 gün qalır.

Prezidentliyə namizədlər indiki prezident Barack Obama ilə respublikaçı Mitt Romney şənbə günü Ohayo, Kolorado və Ayova da daxil olmaqla əsas ştatlarda 7 seçkiqabağı görüş və iclaslar keçiriblər.

Seçkinin taleyini məhz bu ştatlar həll edə bilər.

Son rəy sorğusuna görə Barack Obama bu ştatlarda rəqibini azacıq üstələyir.

O dünən Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bir daha xalq üçün əlindən gələni əsirgəməyəcəyini vəd edib.

Birləşmiş Ştatlarda prezident seçkisi noyabrın 6-da keçiriləcək.

“Sendi” qasırğasına görə ABŞ-da bir sıra seçkiqabağı tədbirlər təxirə salınmışdı.