Fransa Livana dəstək vəd edib

-
Fransa ptrezidenti Francois Hollande bazar günü Beyrutda apardığı danışıqlarda ölkəsinin bu Livanın sabitliyi, birliyi və təhlükəsizliyinə dəstək olacağını vəd edib.

O bunu Livan prezidenti Michel Suleimanla görüşdükdən sonra birgə mətbuat konfransında deyib.

O həmçinin artıq 20 aydır ki, Suriyada davam edən münaqişənin qonşu ölkərə keçməməsinin vacibliyini qeyd edib.

Bu son 4 ildə Fransa prezidentinin Livana ilk səfəridir.

Francois Hollande Livandan Səudiyyə Ərəbistanına yollanacaq.

Danışıqlar zamanı Suriya münaqişəsi və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.