ABŞ-da prezident seçkiləri keçirilir

ABŞ-da prezident seçkiləri günüdür

-

Noyabrın 6-da Amerika xalqı növbəti prezidentini seçir. Artıq New Hampshire ştatının Dixville Notch şəhərində ilk seçki məntəqəsi açılıb.

Amerika seçkilərini şərh et


Kimin qələbəsini arzulayırsan və niyə?
Prezidentlik kürsüsü uğrunda Demokratlar partiyasından Barack Obama, Respublikaçılardan isə Mitt Romney mübarizə aparır.

Seçki gününə yaxın hər iki namizəd seçimində tərəddüd edən bölgələrin seçiciləri ilə görüşüb. Ötən gün Romney Florida, Virginia, New Hampshire və Ohio-da, Obama isə Wisconsin, İowa və eynilə Ohio-da olub.

Ohio ştatında seçkilərin xüsusilə gərgin keçəcəyi gözlənilir.

Son rəy sorğusuna görə, Barack Obama bu cür 9 ştatda rəqibini üstələyir.

Bu gün amerikalılar prezidenti ilə yanaşı, həm də bir neçə qubernator, Nümayəndələr Palatasının tərkibini və Senatın 1/3 hissəsini seçir.

ABŞ PREZİDENT SEÇKİLƏRİNİ BİZİM XÜSUSİ SƏHİFƏMİZDƏ İZLƏ