İranda məhbus qadınlar aclıq aksiyasını dayandırıb

Tehran Evin həbsxanası

İranın “Evin” həbsxanasında aclıq edən qadın məhbuslar aksiyanı dayandırıb və həbsxana gözətçilərindən şikayət vermək fikrindədirlər.

Qadınlar gözətçiləri onları alçaltmaqda ittiham edirlər.

9 qadın ötən həftədən həbsxanada döyülmə və təhqirlərə etiraz olaraq aclıq aksiyası keçirirdi.

Beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı bazar ertəsi qadınları aksiyanı dayandırmağa çağırmışdı.

Hüquq müdafiəçisi Nasrin Sotude isə oktyabrın 21-dən başladığı aclıq aksiyasını davam etdirir.

Buna səbəb həbsxana rəhbərliyinin onun qohumları ilə görüşünə qadağa qoyması olub.