"Real"-"Borussiya" , "Şalke"-"Arsenal"

Foto arxiv

Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV turun növbəti oyunları keçirilir.

A qrupunun lideri "Porto" səfərdə Kiyevin "Dinamo" klubu ilə qarşılaşacaq.
Digər oyunda isə PSJ öz meydanında Zaqrebin "Dinamo" klubunu qəbul edəcək.

B qrupunda "Şalke" öz meydanında İngiltərənin "Arsenal" klubunu, "Olimpiakos" isə "Monpelye" komandasını qəbul edəcək.

C qrupunda mübarizə aparan İtaliyanın "Milan" klubu öz meydanında "Malaqa"nı, "Anderlext" isə "Zenit"i qəbul edəcək.

D qrupunda mübarizə aparan "Mançester Siti" klubu isə Amsterdamın "Ayaks" klubunu, Madridin "Real" klubu isə Dortmundun "Borussiya" klubunu qəbul edəcək.

IV turun qalan görüşləri sabah axşam keçiriləcək.