-
«Azadlıq» qəzeti Bakıda keçirilən lokal etiraz aksiyasından yazır: ««Papanin» sakinləri yolu bağladı». Reportajda deyilir ki, metro tikintisinə görə sökülən evlərin sakinləri veriləcək kompensasiya ilə razılaşmayıb aksiya keçiriblər:
«Kompensasiya hər kvadrat metr üçün 500-900 manatdır, evlərin sahəsi azaldılır və həyətlər hesaba daxil edilmir».
«Bizim yol» qəzeti Quba hadisələri ilə bağlı keçirilən məhkəmə prosesindən reportajları davam etdirir: «Quba hadisələrini YAP təşkil edib?». Qəzet yazır ki, 1 mart olayına görə həbs olunanların məhkəməsində mübahisə yaranıb:
«Sabiq icra başçısı Rauf Həbibov prosesdən kənarda saxlanıldığı halda prokuror təqsirləndirilənləri icra başçısını müdafiə etməməkdə ittiham edir».
«Azərbaycan» qəzeti Bakıda açılan «Bakutel-2012» Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə xüsusi diqqət ayırıb. Sərgidə prezident də iştirak edib. İlham Əliyev deyib:
«İndi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidmətlə təmin olunması üçün sistem yaradırıq. Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir».
«Yeni Azərbaycan» qəzeti hakim Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı silsilə yazılar dərc edir:
«YAP ölkədə ən nüfuzlu qurumdur»; «YAP regionun ən güclü və mütəşəkkil partiyası kimi öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir»; «YAP-ın fəaliyyətində xalqa, dövlətə xidmət prinsipi dayanır».
«Zerkalo» qəzeti «Rubin»lə qarşılaşmaya hazırlaşan «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyevlə müsahibə dərc edib. O deyib:
«Mən uduzmağı sevmirəm. «Rubin»lə qələbə qazanmaq üçün oynayacağıq». Baş məşqçi Portuqaliya yığmasında oynamış yeni qapıçının alınmasından da danışıb. O eyni zamanda, Avropa Liqasında və Azərbaycan çempionatında oynayan «Neftçi»nin yorulduğunu da vurğulayıb.