Yunanstanda 48 saatlıq tətil davam edir, parlamentsə qənaət paketini səsə qoyur

Yunanıstan parlamenti noyabrın 7-də kəskin qənaət tədbirləri ilə bağlı qanun layihəsini səsverməyə çıxarır. Həmkarlar təşkilatlarının təşkil elədiyi 48 saatlıq tətil isə bu gün də davam edir. Və yekunda Afinanın mərkəzi meydanında yürüş planlaşdırılır.

Artıq 30 min adam dünəndən etibarən küçələrdə qanun layihəsinə etiraz mitinqləri keçirirlər. Yunanıstanın ictimai nəqliyyat, səhiyyə və digər sektorlarının təmsilçiləri tətilə qoşulub.

Parlament ümumilikdə 13.5 milyard avroya qənaət etmək üçün pensiya və maaşların azaldılması və vergilərin artırılmasına çalışır.

Ölkənin mühafizəkar Baş naziri Antonis Samarasın təklif elədiyi qanunu keçirmək üçün yetərincə səs yığacağı güman edilsə də, koalisiyadakı tərəfdaşlarından Solçu Demokratlar və sosialist PASOK partiyası buna etiraz edir.