Obama dünya liderləri ilə telefonla danışıb

ABŞ prezidenti Barack Obama prezident seçkisində qələbəsindən sonra bir çox ölkə rəhbərləri ilə telefonla danışıb.

Obama ikinci prezidentliyi dövründə ABŞ-ın digər ölkələrlə daha sıx əməkdaşlıq edəcəyini bildirib.

Obama İsrail, Misir, Böyük Britaniya, Almaniya, Kanada, Avstraliya, Braziliya, Kolumbiya, Fransa, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışıb. Obama NATO-nun baş katibi Anders Fog Rasmussenlə də telefonla danışıb.