Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə Valeri Gerasimovu təyin edib.

Bu gün Kremldə müdafiə naziri Sergey Shoygu Valeri Gerasimovu prezidentə təqdim edib. Onun bu vəzifəyə ən uyğun adam olduğunu bildirib.

Valeri Gerasimov bundan əvvəl Mərkəzi Hərbi Bölgə komandanı vəzifəsini tutub. Onun təyinatından əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov istefa verib.

V. Putinin digər sərəncamları ilə Arkadi Makhin və Oleq Ostapenko müdafiə nazirinin müavinləri təyin olunublar.