«Şərq» bazarında yanğın olub

-
Sumqayıt şəhərində yerləşən «Şərq» bazarında yanğın olub.

Yanğın ümumi sahəsi 1000 kv.m taxta konstruksiyalardan ibarət bir-birinə bitişik tikilmiş köşklərdə meydana gəlib.

3 satış köşkü, yeməkxana və bir ofisin dam örtüyü yanıb.

Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.