Pakistanda kasıb şagirdlərə təqaüt veriləcək

Pakistan hakimiyyəti məktəbə gedən kasıb ailələrin uşaqlarına təqaüt verəcək.
Qərar şənbə günü qəbul edilib.

BMT bu günü Pakistanda qızların hüquqları uğrunda mübarizə aparan balaca qızçığaz
Malala Yousofzaiyə dəstək olaraq “Qlobal hərəkət günü” elan edib.

Bu yaxınlarda məktəbli avtobusunda başından vurulan Malala hazırda Böyük Britaniyanın
Birminqem xəstəxanasında müalicə olunur.

Onu talibançı vurub.