Əfqanıstanla İndoneziya arasında əməkdaşlıq razılaşmaları imzalanıb

Əfqanıstanla İndoneziya arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq razılaşmaları imzalanıb.

Sənədləri İndoneziyanın Bali adasında prezidentlər Susilo Bambang Yudhoyono və Hamid Karzai imzalayıb.

Hamid Karzai bu həftə demokratiya problemlərilə bağlı İndoneziyada keçirilən beynəlxalq forumda iştirak edib.