İordaniyanın keçmiş kəşfiyyat naziri 13 il aldı

İordaniyanın keçmiş kəşfiyyat rəisi general Mohammad al Dakhabi 13 il azadlıqdan məhrum edilib.

O fırıldaqçılıq, pulyuma əməliyyatı və səlahiyyətlərindən sui istifadə etməkdə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə o dövlət xəzinəsinə təxminən 30 milyon dollar ödəməlidir.

2005-2009-cu illərdə kəşfiyyat naziri olmuş Al Dakhabi həmin illərdə ölkədə az qala ən nüfuzlu məmur hesab olunurdu.

İstintaq “Ərəb baharı” zamanı ölkədə başlayan kütləvi etirazlardan sonra aparılan antikorrupsiya kampaniyası çərçivəsində keçirilib.