İsrail Suriyaya cavab atəşi açıb

Foto arxiv

İsrail ordusu 40 illik fasilədən sonra bazar günü Suriya ərazisini atəşə tutub.

İsrail komandanlığının bəyanatında bunun xəbərdarlıq xarakteri daşıdığı və işğal edilmiş Colan təpələrindəki İsrail bazasının Suriya tərəfdən atəşə tutulmasına cavab olduğu bildirilir.

Məlumatlara görə hədəf İsrail bazası yox, üsyançıların ölkənin cənubundakı mövqeləri olub.

İsrail ordusunun sözçüsü Avtal Leibovich bildirib ki, bu İsrailə qarşı yönəlməsə də biz cavab atəşi açdıq və insident Baradə BMT-ə məlumat verdik.

İtki və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Həmçinin hazırda ölkənin şimalında,Türkiyə sərhəddi yaxınlığında Suriyanın hökümət qüvvələri ilə üsyançılar arasında döyüş gedir.