Sərhədin bombalanması nəticəsində 3 Türkiyə vətəndaşı yaralanıb

Suriyanın hərbi təyyarələri Türkiyə ilə sərhəddəki Rasulayn yaşayış məntəqəsini bombalayıb.

Bombalanma nəticəsində Sanlıurfanın Ceylanpınar yaşayış məntəqəsində üç Türkiyə vətəndaşı yaralanıb. Onlardan biri hərbçidir.

Bəzi evlərin, iş və dövlət binalarının şüşələri sınıb. Türkiyə hərbi təyyarələri sərhəddə kəşfiyyat uçuşlarına başlayıb.