Hillary Clinton Avstraliyadadır

ABŞ-ın dövlət katibi Hillary Clinton Avstraliyaya gəlib. O, ABŞ və Avstraliya arasında hərbi əlaqələrin dərinləşdirilməsi üçün danışıqlar aparacaq.

Bir il əvvəl ABŞ prezidenti Avstraliyaya gələrkən elan etmişdi 2500 amerikalı hərbi dənizçi bu olkənin Darvin şəhərində hərbi təlim keçəcək.

Obamanın bu elanından Avstraliyanın ən böyük ticarət tərəfdaşı Çin narazı qalmışdı.