Monarxiya əleyhdarı şahzadə Charles-a peyin atacaqmış

Yeni Zellandiya məhkəməsi monarxiya əleyhdarı Sam Bracanova Britaniya şahzadəsi Charles və onun arvadı Camiladan uzaq durması barədə qərar çıxarıb.

76 yaşlı Sam Bracanov kral ailəsinin üzvlərinə at peyini atmağı planlaşdırmaqda günahlandırılır.

O, uzun illərdir kral ailəsinin əleyhdarı kimi tanınır və özünü bu ittihamda günahkar bilmir.

Şahzadə və xanımı Yeni Zellandiyanın ən böyük şəhəri Aucklanda hələ gəlib çatmayıblar.