Prezident MTN-in strukturunu və əsasnaməsini dəyişdirdi

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən Azərbaycan prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda müvafiq dəyişikliklər edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.