Əli Əhmədov hökumət üzvlərini tənqid edib

-
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Milli Məclisin plenar iclasında bəzi hökumət üzvlərini tənqid edib.

APA-nın xəbərinə görə, Ə.Əhmədov bir sıra hökumət üzvlərinin 2013-cü il büdcə layihəsinin müzakirəsində iştirak etməməsinə sərt münasibət bildirib:

«Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edirlər. Gəlsinlər, otursunlar, dinləsinlər, deyilənləri nəzərə alsınlar. Onların burada iştirak etməsi vacibdir».