Azərbaycan əsgərinin minaya düşdüyü deyilir

Arxiv foto

-

Azərbaycan Ordusu əsgərinin minaya düşdüyü bildirilir. APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Bildirilir ki, əsgər, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.

M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.